Depozit hərracının şərtləri daha da əlverişsiz oldu
Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının faizi 6,26% - 7,99% aralığından 6,01% - 7,74% aralığına düşdü.
“Marja” xəbər verir ki, depozit hərracının gedərək sərfəsiz olmasının səbəbi Mərkəzi Bankın bu il 7 dəfə faiz endirməsidir. Bu gün də, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8%-dən 7.75%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda (aşağı həddi - 6%, yuxarı həddi - 9.5%) müəyyən edilib.
Qeyd edək ki, depozit hərracının faizi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasında müəyyən edilir. Uçot dərəcəsi və faiz dəhlizinin aşağı həddi dəyişdikdə depozit hərracının faizi də dəyişir.
28 oktyabr 2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. Hibrid hərrac vasitəsilə 150 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Şərtlərə görə, müddət 14 gün, faiz dərəcəsi 6,01% - 7,74%-dir.
Qeyd edək ki, hələ də hərraclarda tələb təklifi üstələsə də təxminən 2 dəfə azalıb. Ötən il və 2019-cu ilin birinci yarısında depozit hərraclarında tələb 1 milyard manata çatırdı. Son hərraclarda tələb 500 milyon manatdan bir qədər yüksək olur.
Depozit hərracında yalnız banklar iştirak edə bilir. Bu alət devalvasiyalardan sonra dövriyyədəki Manat kütləsinin idarə edilməsi üçün tətbiq edilib. Depozit hərracının faizləri yüksək olduqda kommersiya bankları öz vəsaitlərini bu hərrac vasitəsilə Mərkəzi Banka yatırmağa maraqlı olurlar və nəticədə dövriyyədəki izafi Manat kütləsi yığılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 42 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Park Yasamal"da sərfəli qiymətlərlə mənzil satışı davam edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Xarici və yerli şirkətlər bürokratik əngəl olmadan məhsullarını fermerlərə təklif edə bilər"
-
3 saat əvvəl
Avtomobilin dəyərinin 70 faizinədək cərimənin hansı halda tətbiq olunacağına aydınlıq gətirilib
-
3 saat əvvəl
Azərbaycandan xaricə ötən il 3 milyard dollardan çox birbaşa investisiya yatırılıb
-
3 saat əvvəl
Azərbaycana ötən il Rusiyadan 1 milyard dollardan çox pul köçürülüb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ADAU ilə “Hacıqabul Quşçuluq Şirkəti” MMC arasında memorandum imzalanıb