Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“PAŞA Həyat”ın xalis mənfəəti 15,3% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Həyat”ın xalis mənfəəti 15,3% artıb

“PAŞA Həyat Sığorta Şirkəti” ASC 2016-cı ili 17 milyon 766 min manat xalis mənfəət ilə başa vurub.

 

“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ötən il “PAŞA Həyat”ın xalis mənfəəti 15,3% artıb. Şirkət  2015-ci ilin yekunları üzrə 15 milyon 406 min manat xalis mənfət açıqlamışdı.

 

Ötən il “PAŞA Həyat”ın cəmi gəlirləri 87 milyon 416 min manat, cəmi xərcləri isə 64 milyon 819 min manat təşkil edib. 2015-ci illə müqayisədə Şirkətin cəmi gəlirləri 86,5%, cəmi xərcləri isə 2,3 dəfə artıb. 2015-ci ildə “PAŞA Həyat”ın cəmi gəlirləri 46 milyon 878 min manat,cəmi xərcləri isə 27 milyon 556 min manat təşkil etmişdi.

 

“PAŞA Həyat”ın cəmi gəlirlərinin artmasına toplanan sığorta haqlarının və sair gəlirlərin artması təsir göstərmişdir.

 

2016-cı ildə toplanan sığorta haqları 77 milyon 705 min manat təşkil edib (2015-də 54 milyon 513 min manat).

 

Ötən il “PAŞA Həyat”ın aktivləri 21 milyon manata yaxın və ya 14,6% artaraq 164 milyon 623 min manata yüksəlib. 31 Dekabr 2016-cı il tarixində Şirkət 106 milyon 543 min manat cəmi öhdəliklərə, 58 milyon  79 min manat cəmi kapitala malik olub.

30.03.2017 05:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ