Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu ünvanlardakı 4 binanın mənzillərinə "kupça" veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu ünvanlardakı 4 binanın mənzillərinə "kupça" veriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər həftə səyyar qeydiyyat kampaniyaları təşkil edilir.

 

Reklam_3_11

Vətəndaşlara mənzillərini ünvanlarındaca qeydiyyata almaq imkanı verən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu həftə Bakı şəhərinin Nəsimi, Yasamal, Səbail və Xətai rayonlarında davam edəcək. Bu barədə "Marja"ya Komitədən bildirilib.

 

Səyyar qeydiyyat aksiyası 28-31 oktyabr tarixlərində paytaxt üzrə istismarına icazə verilmiş 4 bina üzrə 203 mənzili əhatə edəcək. Həftənin ilk günü qeydiyyat xidmətindən Nəsimi rayonu, Süleyman Rüstəm 27 və 29 ünvanındakı 19 mərtəbəli, 79 mənzilli binanın sakinləri istifadə edəcək. Oktyabrın 29-u səyyar kampaniya Yasamal rayonu, Şərifzadə küçəsi, 3159-cu məhəllədəki 11 mərtəbəli, 44 mənzilli binada, 30-u isə Səbail rayonu, B.Sərdarov küçəsi, 128-ci məhəllə, ev 16 ünvanındakı 12 mərtəbəli, 20 mənzilli binada keçiriləcək.  Oktyabrın 30-u Xətai rayonu, “Ağ Şəhər”, Mərkəzi bulvar küçəsi, 8 ünvanında yerləşən 6 mərtəbəli, 60 mənzilli bina sakinləri qeydiyyat xidmətindən yararlanacaq.

 

Mənzillərin səyyar qeydiyyatı xidmətindən istifadə etmək istəyən vətəndaşlar saat 09:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, maliyyə arayışı, protokoldan çıxarış kimi ilkin sənədlər ilə birgə səyyar ofisə yaxınlaşa bilər.

28.10.2019 07:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ