Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Azərbaycana gəlib

Böyük Britaniya Baş Nazirinin ticarət elçisi Baronesa Nikolson Azərbaycana gəlib. 

 

Reklam_3_11

Bu barədə bu ölkənin Azərbaycandakı səfirliyindən məlumat veriblər. 

 

Bu, ticarət elçisinin 2019-cu ildə Azərbaycana ikinci səfəridir və bir həftə davam edəcək. 

 

Ticarət elçisi Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən və Azərbaycandakı Britaniya Şurası (British Council) tərəfindən həyata keçirilən və Böyük Britaniya ilə Azərbaycan arasında gözəl səviyyədə olan mədəni və təhsil əlaqələrini əks etdirən bir sıra açılış mərasimlərində iştirak edəcək.

 

Ticarət elçisi, Azərbaycanın yüksək vəzifəli şəxsləri və Britaniya biznes qrupunun üzvləri ilə görüşlərlə yanaşı, cəmiyyətin qabaqcıl xanım liderləri ilə də görüşəcək, qadınların səlahiyyətləri, məişət zorakılığı və digər gender və uşaqların qorunması mövzularında danışacaq.

 

Səfərdən öncə B.Nikolson deyib: "Böyük Britaniya ilə Azərbaycan arasında uğurlu ikitərəfli münasibətlər təkcə ticarət və enerji sahələrini əhatə etmir. 2019-cu ildə Azərbaycana ikinci dəfə səfər etməkdən məmnunam və işgüzar sahədə, eyni zamanda mədəniyyət, təhsil, ətraf mühit və səhiyyə sahələrində də Böyük Britaniya ilə Azərbaycanın əlaqələrinin daha da inkişaf edəcəyinə ümid edirəm. Azərbaycan hökuməti ilə gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün söhbətlərimizi səbirsizliklə gözləyirəm”.

28.10.2019 08:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ