Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft qiymətləri ABŞ-da təlabatın artması ilə sakit qalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri ABŞ-da təlabatın artması ilə sakit qalıb


Neft qiymətləri, ABŞ-da benzin ehtiyatlarının gözləniləndən daha böyük miqdarda azalması ilə əlaqədar olaraq ciddi dəyişməyib. Benzin ehtiyatlarının artması ABŞ-da neftə təlabatın artdığına işarədir.


 
Enerji İnformasiya İdarəsinin Çərşənbə günü açıqladığı məlumatlara görə, ABŞ-da benzin ehtiyatları, ötən həftə 3.75 milyon barrel düşüb. Zavodlar emal etdikləri xam neft miqdarını təxminən üç ilin ən yüksək səviyyəsinə çıxarıblar. Xam neft hasilatı gündəlik 9.1 milyon barrelin üzərinə çıxmasına baxmayaraq, proqnozlardan aşağı artıb.
 

Reklam_3_11


Analitiklər bildirirlər ki, ABŞ-da tələbatın açıq şəkildə artması qlobal neft bazarı üçün müsbət haldır. 


 
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında  49.47 dollara Brent nefti, Londonda ICE Futures Europe birjasında  52.40 dollardan ticarət olunub.

30.03.2017 06:28

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ