Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Səba” bu il taxıl əkinlərini genişləndirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba” bu il taxıl əkinlərini genişləndirib

“Səba” şirkəti payız əkini mövsümündə 4200 hektardan artıq sahədə taxıl bitkiləri (buğda və arpa) əkməyi planlaşdırıb.

 

“Səba”-nın törəmə müəssisəsi olan “Qarabağ Taxıl” əkinçilik şirkəti bu günədək 1400 hektar sahədə səpin aparıb.

 

“Əlverişli hava şəraiti bizə bu il payızlıq əkinə 10-15 gün tez başlamaq imkanı verib. Havalar yağıntılı keçməsə, bir ay ərzində səpini başa çatdıracağıq” – “Qarabağ Taxıl” şirkətinin idarə heyətinin sədri Vüqar Baloğlanov bu barədə məlumat verib.

 

Səpinə tamamilə hazır olan şirkət 4 rayon - Beyləqan, Ağcabədi, Kürdəmir və Şabran rayonları ərazisindəki sahələrində arpa və buğda əkir. 

 

Biçini vaxtında və itkisiz başa vuracaqlarını bildirən şirkət rəhbəri yalnız Beyləqanda şəkər çuğunduru yığımının davam etdiyini, bununla da payız biçinini 95% tamamladıqlarını qeyd edib.

 

“Qarabağ Taxıl” növbəti ilin əkin planını da müəyyənləşdirib. Ölkənin ilk özəl iri taxılçılıq təsərrüfatının yaradıldığı bu müəssisə 2020-ci ilin yaz əkinində sərəncamında olan bütün sahələrdə əkin aparacaq. “Biz növbəli əkinə üstünlük veririk. Əkdiyimiz qarğıdalı, soya, buğda, arpa, şəkər çuğunduru bitkilərinin yerini dəyişirik, bununla da əkin rotasiyası ilə torpaqların yaxşılaşdırılmasına nail oluruq. Bu, bizə torpaqdan maksimum məhsuldarlıq əldə etməyə imkan verir. Gübrələrdən qayda ilə və normalara uyğun istifadə yetişdirdiyimiz məhsulun sağlamlığına xidmət edir. Səba mineral gübrələrlə yanaşı, öz istehsalı olan orqanik gübrədən də istifadə edir. Bu da becərdiyimiz məhsulun faydalılığını və sağlamlığını təmin edir”- “Qarabağ Taxıl” şirkətinin İdarə heyətinin sədri Vüqar Baloğlanov deyib. 

 

“Qarabağ Taxıl” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Müəssisə ölkənin 5 rayonunda - Beyləqan, Ağcabədi, Füzuli, Ağsu, Kürdəmir, Şabran rayonlarında 12 min hektardan artıq əkin sahəsinə malikdir. Dən və yem qarğıdalı, soya, arpa, buğda, şəkər çuğunduru yetişdirməklə yanaşı, toxumçuluq fəaliyyəti də göstərir. Buğda və qarğıdalı seleksiyası ilə məşğul olan “Qarabağ Taxıl” bu il ilk dəfə olaraq, hibrid qarğıdalı və orijinal soya toxumları becərilməsinə başlayıb.

29.10.2019 05:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ