Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“Podratçı şirkətlər xidmətlərin dəyərini süni şəkildə şişirdirlər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Podratçı şirkətlər xidmətlərin dəyərini süni şəkildə şişirdirlər”

Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində fəaliyyət göstərən istehlakçıların nəzərinə!

 

Reklam_3_11

Ödənişsiz olan dövlət xidmətləri haqqında yanlış məlumatlar verilir.


 

Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müəyyən olunmuşdur ki, bəzi podratçı şirkətlər istehlakçıların etibarından sui-istifadə edərək göstərilən xidmətlərin dəyərini süni şəkildə şişirdir.

 

Agentliyin yaydığı press-relizdə bildirilir ki, müvafiq sənədlərin dövlət orqanlarına təqdim edilməsi üçün müxtəlif yollarla əlavə xidmət haqları tələb olunur, ödənişsiz olan dövlət xidmətləri haqqında yanlış məlumatlar verilir.

 

Bununla əlaqədar istehlakçıların bir daha nəzərinə çatdırılır ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən icazələr ödənişsiz əsaslarla verilir və bu icazələrin verilməsi üçün istehlakçılara hər hansı məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulmur.

 

Bundan əlavə, müvafiq təbii inhisarçılar tərəfindən göstərilən xidmətlərdən Texniki Şərtlərin verilməsi, istismara qəbul zamanı sənədlərə dövlət qurumları tərəfindən baxılması üzrə xidmətlər, eləcə də tikinti qanunvericiliyinə əsasən tikinti layihələrinin razılaşdırılması ödənişsiz əsaslarla həyata keçirilir (həmin layihələr isə podratçılar tərəfindən ödəniş müqabilində hazırlana bilər).

 

Bu məsələlər üzrə daha ətraflı məlumat almaq istəyən istehlakçılar Energetika Nazirliyinin “974” nömrəli Çağrı Mərkəzinə və ya “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara müraciət edə bilərlər.

 

Bundan başqa, istehlakçılar obyektlərin enerji təchizatı və ya qazlaşdırılması layihəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün göstərilən layihələrin qeydiyyata alınması və istismara buraxılış aktlarının verilməsi üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinin müvafiq filiallarına müraciət edə bilərlər.

28.10.2019 13:22

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ