Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qaz dollarlarının gəlməsinə az qaldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qaz dollarlarının gəlməsinə az qaldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BP şirkəti 2017-ci ilin sonunda “Şahdəniz” yatağından genişləndirlmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə sınaq rejimində qaz nəql edəcək.

 

Bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sabiq regional prezidenti, şirkətin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib.

 

Q.Birrell qeyd edib: “Sınaq rejiminin məqsədi ondan ibarətdir ki, qazın 2018-ci ildə TANAP vasitəsilə Türkiyəyə, 2020-ci ildə isə TAP vasitəsilə Avropaya çatmasını yoxlayaq".

 

Baş əməliyyat rəhbəri “Şahdəniz-2” çərçivəsində artıq 12 quyunun qazıldığını deyib: “Bu, qaz istehsalı və ixracına başlamağa kifayət edir. 12 quyudan 3-ü artıq təmizlənib və istehsalata hazırdır".

 

Q.Birrel bildirib ki, Azərbaycan və Gürcüstan ərazilərində Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 93 faizindən çoxu başa çatıb.

 

15 MİLYARD DOLLAR SƏRMAYƏ YATIRMIŞIQ

 

Qordon Birrell deyib ki, indiyə qədər BP şirkəti və onun tərəfdaşları BP-nin operator olduğu “Şahdəniz 2” layihəsinə 15 milyard dollar investisiya qoyub.

 

O vurğulayıb ki, BP "Şahdəniz 2" layihəsi üzrə yekun xərclərin investisiya qərarında göstəriləndən daha az olacağını gözləyir.

 

Qeyd edək ki, bundan əvvəl layihənin dəyəri 28 milyard dollar qiymətləndirilmişdi.

 

© Trend

30.03.2017 06:47

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ