Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

“Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şəbəkə” Xidmət Mərkəzi ilə tanış olub.

 

2017-ci ildən  "Şəbəkə" xidmət mərkəzləri yaradılır. Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən əlavə bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə” mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Aztelekom” MMC-nin baş direktoru Suat Paşayev xidmətin fəaliyyət istiqamətləri barədə dövlətimizin başçısına məlumat veribilər. Bildirilib ki, “Şəbəkə” Xidmət Mərkəzinin yaradılmasında məqsəd nazirliyin bütün xidmətlərini əhaliyə vahid məkanda təqdim etməkdir. Xidmətləri vahid məkanda cəmləməklə vətəndaşların vaxt itkisini aradan qaldırmaq, həmçinin xidmətlərə görə dövlət xərclərinə qənaət etmək mümkün olacaq.

 

Diqqətə çatdırılıb ki, “Şəbəkə” Xidmət Mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, elektron hökumət, elektron imza, valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmət növləri təqdim olunacaq.

 

28.10.2019 13:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ