Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Sabah Fed-dən necə qərar gözlənilir?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah Fed-dən necə qərar gözlənilir?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

30 Oktyabr 2019-cu il tarixində ABŞ Mərkəzi Bankı (Fed) növbəti faiz qərarını açıqlayacaq.

 

Reklam_3_11

ABŞ Mərkəz Bankının bu həftəki yığıncağında 2019-cu ildə 3-cü dəfə faiz endirməsinə qəti baxılır, ancaq iqtisadçılar Fed-in daha çox endirimi siqnalı verib verməyəcəyi məsələsində bölünmüş vəziyyətdədirlər.

 

“Marja” xəbər verir ki, sabh Fed-in  faizləri 1,75% - 2% aralığından 1.5% - 1.75% aralığına endirəcəyi gözlənilir.

 

Mütəxəssislər, əgər Fed hazırkı faizləri dəyişməyərək uyğun olduğunu bildirsə və məlumatları izləyəcəkləri ritorikasını təkrarlasa, bunun gözləməkdə olacağı anlamına gələcəyini və" şahin" bir sürpriz olacağını bildirirlər.

 

Fed faiz qərarını sabah Bakı vaxtı ilə 22:00-da açıqlayacaqdır. 

 

Fed-dən veriləcək mesajlar bazarlar üçün daha əhəmiyyətli olacaq.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

"Barclays" və "Morgan Stanley"ə görə, Fed bu həftə faiz endirdikdən sonra faiz endiriminin sonuna gəlindiyinə eyham edə bilər.

 

"JP Morgan" və "Bank of America" Fed-in daha çox faiz endirimi üçün açıq qapı buraxa biləcəyini qeyd edir.

 

 "TD Securities" Fed rəsmilərinin bir sonrakı hücuma qədər "səbirli" olacaqları fikirindədir.

 

BANK OF AMERICA
 

"Bank of America"nın (BofA) mütəxəssisləri  "Açıqlamada ilk abzasdakı ton təmkinli ola bilər, məşğulluq yaradılmasının mülayim olduğu vurğulana bilər. Fed-in inflyasiya barədə şərhində də dəyişiklik gözləmirik. Sözlü istiqamətləndirmə yəqin ki, eyni qalacaq və daha çox faiz endirimə açıq olduqları kimi bir tonda olacaq", - bildiriblər.
 

BofA mütəxəssisləri zəif göstəricilər səbəbindən növbəti faiz endiriminin Dekabr ayında olacağını, Dekabrda endirim siqnalının "ralliyə" səbəb olacağını deyiblər.


 
MORGAN STANLEY
 

"Morgan Stanley" iqtisadçıları bu həftə 25 bənd endirimdən sonra Fed-in gözləməyə keçəcəyini proqnozlaşdırırlar.
 

JP MORGAN

 
"JP Morgan"nın analitikləri Fed-in Dekabrda və sonra daha çox faiz endiriminə yəqin ki, açıq qapı buraxacağını bildiriblər.


 
TD SECURİTİES
 

"TD Securities"in analitiklər sabah endirimdən sonra Fed-in gələn ilin ilk rübünə qədər müvəqqəti bir fasiləyə  gedəcəyini bildiriblər.
 

Daha çox mütəxəssis, "FOMC bu həftə faiz endirəcək, sonrası üçün yəqin ki, səbrli olacağı siqnalını verəcək" ifadəsini istifadə edirlər.

29.10.2019 05:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ