Xəzərin regionda ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək
Xəzər dənizi ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir.
Bu istiqamətdə turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək.
Bu barədə "Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub.
Sənəddə bildirilib ki, buraya Xəzər dənizinin təmizlənməsi və yaxınlıqdakı obyektlər üçün tənzimlənən tullantı emalı qurğularının yaradılması daxildir: “Bundan əlavə, həm də qonşu ölkələrə gedən turistlər üçün müvəqqəti dayanacaq məkanı kimi bir günlük və ya daha uzunmüddətli səfərlərlə Xəzər dənizində kruiz turlarının təşkilində Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulacaq. Təbii gözəlliklər üçün ənənəvi turizm konsepsiyası, mədəni irs və yay istirahət guşələrindən əlavə, Azərbaycanın istirahət və idman turizmi sahəsində də tanınması üçün əməli addımlar atılacaq. Belə ki, genişmiqyaslı tədbirlərin keçirilməsi nəticəsində təşkilatlanma imkanlarının artırılması daha çox musiqi festivallarına, beynəlxalq mədəniyyət tədbirlərinə və idman yarışlarına ev sahibliyi etməyə imkan yaradacaq. Bu tədbirlərə gələn turistlərin yüksəkkeyfiyyətli əyləncə məkanlarına cəlb olunmasını təmin etmək məqsədilə ticarət mərkəzləri, restoranlar, əyləncə parkları və mərkəzləri kimi müxtəlif endirimli alternativlər təklif ediləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzar səfərində iştirak etdi
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell ilə innovasiya dövrü başlayır - Şirkət yeni brend kimliyini elan etdi
-
2 saat əvvəl
SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalandı
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılacaq
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl