Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycanın podratçı şirkəti "qapalı" fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın podratçı şirkəti "qapalı" fəaliyyət göstərəcək

Azərbaycanda qabaqcıl podratçı şirkət "IMA Energy" MMC təşkilati-hüquqi formasını dəyişib.

 

"Marja" şirkətin elanına istinadən xəbər verir ki, şirkət Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib. İndiyədək "IMA Energy" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) kimi fəaliyyət göstərirdi.


"IMA Energy" MMC 2009-cu ildə elektrik dizayn fəaliyyəti məqsədi ilə yaradılıb. "İMA Energy" şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərib.  

 

"IMA Energy" Elektrik yarımstansiyalarının tikintisi və yenidən qurulması, Elektrik ötürücü xəttlərin tikintisi, Tikinti və söküntü ərazisi üçün müvəqqəti elektrik işləri, Yüksək və aşağı gərginlikli hava və yeraltı kabellərin quraşdırma işləri,Yüksək və aşağı gərginlikli dəmir dirəklərin tikintisi, Transformator məntəqələrin tikintisi və bərpası, Paylayıcı məntəqələrin tikintisi və bərpası, Layihələndirmə işləri, Elektrik avadanlıqlarının quraşdırma işləri, Yolların, parkların, bina üzlüklərinin işıqlandırma işləri, Yaşayış və qeyri-yaşayış yerlərdə daxili və xarici elektrik naqilləri quraşdırma işləri, Nəzarət cihazlarının quraşdırılması xidmətlərini göstərir. 

 

5000 manat nizamnamə kapitalı olan "IMA Energy" MMC-nin direktoru İntiqam Əhməd oğlu Əliyevdir.

 

29.10.2019 07:07

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ