Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

“Sinam” qalib oldu, 1,4 milyon manatlıq sifarişlər aldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Sinam” qalib oldu, 1,4 milyon manatlıq sifarişlər aldı

Azərbaycan Mərkəzi Bankının istismarında olan "Elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi" ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.

 

Reklam_3_11

"Marja" xəbər verir ki, tenderin qalibi “Sinam” MMC-dir. Qalib şirkətə 989 996 manat ödəniləcək. 

 

“Sinam” MMC, "Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi" və "Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron imza üzrə sertifikatlaşma sisteminin proqram platformasının dəstəklənməsi" lotları üzrə də qalib elan edilib. Şirkət bu iki müqavilə üzrə də 399 min 990 manat alacaq.

 

"Sinam" şirkəti Mərkəzi Bank ilə bağladığı 3 müqavilə üzrə cəmi 1 milyon 389min 986 manat alacaq.

 

"Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsi" və "Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan Maliyyə savadlığı portalının proqram platformasının dəstəklənməsi" lotları üzrə "GT SOLYUŞNZ" MMC qalib elan edilib. Şirkət bağladığı 2 müqavilə üzrə 516 min 498 manat alacaq.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

29.10.2019 07:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ