Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Siqaret istehsalında sıçrayış gözlənilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Siqaret istehsalında sıçrayış gözlənilir

Azərbaycanda gələn il 10 milyard ədəddən siqaret və papirosların istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə iki dəfə çoxdur.

 

Reklam_3_11

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində verilən məlumata görə, bu il ölkədə 5 milyard ədədə yaxın siqaret və papirosların istehsalı nəzərdə tutulub.

 

Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə ölkədə 10 milyard 156 milyon ədəd, 2022-ci ildə 10  milyard 370 milyon ədəd, 2023-cü ildə isə 10 milyard 649 milyon ədəd siqaret və papirosların istehsal olacağı gözlənilir.

 

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4 milyard 950 milyon ədəd siqaret və papiros istehsal edilib.

 

Bundan başqa, proqnozlara əsasən, respublikada fermentləşdirilmiş tütünün də istehsalında artım dinamikası qeydə alınacaq. Gözləntilərə əsasən, 2019-cu ildə Azərbaycanda 4 959,4 ton, 2020-ci ildə 6 441,5 ton, 2021-ci ildə  8 265,7, 2022-ci ildə 8 607,7 ton, 2023-cü ildə isə 8 778,7 ton fermentləşdirilmiş tütün istehsal ediləcək.

 

Xatırladaq ki, 2018-ci ildə ölkədə 3 501,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

29.10.2019 10:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ