Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövlət Agentliyində 70 milyon manatlıq zərər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Agentliyində 70 milyon manatlıq zərər

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) 2018-ci ili 39 milyon 543 miln manat xalis zərərlə başa vurub. Bununla da, Agentliyin bölüşdürülməmiş zərəri 2,3 dəfə artaraq 70 milyon 32 milyon manata çatıb.

 

Bu barədə qurumun maliyyə hesabatından məlum olur. 

 

Sənədə əsasən, ötən il İTSDA-nın xidmətlərinin satışından gəlirləri 1 milyon 543 min manat (əvvəlki ilə nisbətən 43,4% çox), xidmətlərinin maya dəyəri 30 milyon 340 min manat (15,5% çox), sair gəlirləri 535 min manat (77,3% az), ümumi və inzibati xərcləri 11 milyon 306 min manat (54,65% çox), maliyyə gəlirləri 30 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 4 min manat (əvvəlki il olmayıb) təşkil edib.

 

Bu il yanvarın 1-nə İTSDA-nın aktivləri 73 milyon 610 min manat olub ki, bu da illik müqayisədə 20,55% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 98,7% artaraq 3 milyon 74 min manata, balans kapitalı isə 18,5% artaraq 70 milyon 536 min manata çatıb, o cümlədən 4 milyon manatlıq nizamnamə kapitalı formalaşıb.

 

Xatırladaq ki, İTSDA 2016-cı ildə fəaliyyətə başlayıb. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. 

© Report

29.10.2019 13:05

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ