Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Sığortada 22 şirkətdən 12-si bazarın 94 faizini ələ keçirib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sığortada 22 şirkətdən 12-si bazarın 94 faizini ələ keçirib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

9 ayda sığorta haqlarının 62,3%-ni 3 şirkət, 94%-ni isə 12 şirkət hesablayıb. 22 sığorta şirkətinin 10-nu cəmi sığorta haqlarının 6%-ni hesablamağı bacarıblar.


 

2019-cu ilin 9 ayı ərzində “PAŞA Həyat Sığorta”, “PAŞA Sığorta” və Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) tərəfindən cəmi 325 milyon 322 min manat sığorta haqları hesablanıb. Bu məbləğ 22 sığorta şirkətinin topladığı cəmi sığorta haqlarının 62,3%-nə bərabərdir.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycanın 22 sığorta şirkəti tərəfindən 522 milyon 453 min manat sığorta haqları toplanıb.

 

Hər birinin topladığı sığorta haqları 10 milyon manatdan çox olan 12 sığorta şirkəti isə cəmi sığorta haqlarının 94%-ni və ya 491 milyon 508 min manat hesablayıblar.

 

491 milyon 508 min manatı hesablamış 12 şirkət: “Paşa Həyat Sığorta , “PAŞA Sığorta”, “Azərsığorta”, “AtaSığorta”, “Atəşgah Həyat”, “Atəşgah Sığorta”, “Xalq Sığorta”, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Qala Sığorta”, “Azsığorta” və “Qala Həyat” Sığorta Şirkəti.

 

Hər birinin topladığı sığorta haqları 10 milyon manatdan aşağı olan 10 şirkət cəmi sığorta haqlarının 6%-ni hesablamağı bacarıblar.

29.10.2019 13:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ