Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 11% artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Könüllü sığorta 15% azalıb, icbari sığorta isə 11% artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 351 milyon 722 min manat sığorta haqqı toplanılıb.

 

Reklam_3_11

Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır.

 

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 11,2% artaraq 170 milyon 731 min manat olub.

 

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 143 milyon 442 min manat təşkil edib ki, bu da illik müqayisədə 4,45% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,5% artaraq 58 milyon 259 min manata çatıb.

 

Beləliklə, 2019-ci ilin yanvar-sentyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 40,8 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-sentyabr aylarında 33,1 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32,3 manatdan 34,1 manata qalxıb.

 

Həyat sığortası 22% azalıb, qeyri-həyat sığortası isə 4% artıb

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 204 milyon 169 min manat sığorta haqqı toplanılıb.Bu, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 22,4% azdır.

 

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 318 milyon 284 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,2% çoxdur.

 

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 0,3% azalaraq 82 milyon 646 min manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,5% artaraq 119 milyon 55 min manata çatıb.

 

Beləliklə, 2019-cu ilin yanvar-sentyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,5 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2018-ci ilin yanvar-sentyabr aylarında müvafiq olaraq 31,5 manat və 34 manat olub. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Renkinq"

30.10.2019 06:40

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ