"Bütün kənd təsərrüfatı məhsullarımız bir ad altında ixrac ediləcək”

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracının həyata keçirilməsinin təşkili üçün yeni brendin növbəti ilin yanvarında təqdimatının həyata keçirilməsi gözlənilir”.

 

Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.

 

O vurğulayıb ki, hazırlanmış yeni brendin adı ixrac bazarına uyğun olacaq: “Hazırda brendin adının formalaşdırılması istiqamətində iş aparılır. Brendin adı formalaşandan sonra məhsulların qablaşdırılması məsələsi gündəmə gələcək. Brendin təqdimatından sonra Azərbaycan məhsulları bu adla xarici bazara göndəriləcək. Yəni, bütün məhsullarımız bir ad altında ixrac ediləcək”.

 

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” ASC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin hüquqi varisidir. Yeni kommersiya qurumunun nizamnamə kapitalı 6 milyon manatdır. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© “Report”

30 Oktyabr 2019 , 10:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin