Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda spirtli içkilərin reklamı qadağan edilməli və vergi artırılmalıdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda spirtli içkilərin reklamı qadağan edilməli və vergi artırılmalıdır"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycanda spirtli içkilərdən istifadə halları Rusiyada olduğu qədər çox deyil. Amma buna baxmayaraq, ölkədə spirtli içkilər üçün vergi yükü artırılmalı, onların reklamı qadağan edilməlidir".

 

Reklam_3_11

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin səhiyyə xidmətləri üzrə eksperti Sampreeti Aypanciquli deyib.

 

ÜST rəsmisi bildirib ki, Azərbaycanda siqaret reklamı və ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilməlidir: "Azərbaycanda birinci dəfə oluram. Küçədə insanların yol gedə-gedə və ya dayanaraq siqaret çəkdiyini görürəm. Ola bilsin ki, bu, Azərbaycan üçün məqbul haldır. Amma tezliklə vəziyyətin dəyişəcəyinə ümid edirəm".

 

S.Aypanciquli əlavə edib ki, enerji içkiləri ÜST üçün yeni sahədir və artıq bu məsələyə də diqqət yetirilməyə başlanılıb: "Gənclər enerji içkilərini qəbul etməyə daha çox maraq göstərirlər. Onlar bununla daha çox kofein qəbul etmiş olurlar. Bu da sonda ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Enerji içkilərinin qadağan olunması ilə bağlı siyasət müəyyən edilməlidir".

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

30.10.2019 10:33

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ