Dollarlaşma səviyyəsi 56%-dən də aşağı düşdü

30 Sentyabr 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) banklardakı 8 milyard 605,3 milyon manatlıq əmanətinin 44,3%-i milli valyutada, 55,7%-i xarici valyutada olub.

 

“Marja” Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki,  avqust ayının sonu ilə müqayisədə əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi geriləyib. Avqustun sonunda nisbət müvafiq olaraq 44% və 56% idi.

 

Avqust ayının sonu ilə müqayisədə Sentyabr ayında əhalinin əmanətləri 43.5 milyon manat artaraq  8 milyard 605.3 milyon manata yüksəlib. O cümlədən, milli valyutadakı əmanətlər 44.6 milyon manat artaraq 3 milyard 810.2 milyon manata, xarici valyutadakı əmanətlər isə 1.1 milyon manat azalaraq 4 milyard 795.1 milyon manata düşüb.

 

Ötən ilin sonu ilə müqayisədə (9 ay ərzində) fiziki şəxslərin cəmi əmanətləri 229.9 milyon manat artıb. O cümlədən, fiziki şəxslərin milli valyutadakı əmanətləri 667.9 milyon manat artıb, xarici valyutadakı əmanətləri isə 438 milyon manat azalıb.

 

9 ay ərzində rezidentlərin əmanətləri 517.8 milyon manat artıb, qeyri-rezidentlərin əmanətləri isə 287.9 milyon manat azalıb.

 

Əmanətlərin 75%-ni və ya 6 milyard 458.9 milyon manatını qısamüddətli, 25%-ni və ya 2 milyard 146.4 milyon manatını uzunmüddətli yerləşdirilmiş əmanətlər təşkil edib. Uzunmüddətli əmanətlərin 1 milyard 88,1 milyon manatı milli valyuta, 1 milyard 58.3 milyon manatı xarici valyuta ilə yerləşdirilib.

 

6 milyard 458.9 milyon manatlıq qısamüddətli əmanətlərin 3 milyard 112.6 milyon manatı cari hesablardır. 

31 Oktyabr 2019 , 08:55   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin