KOB-lar üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün bir sıra dövlət dəstəyi mexanizmləri - kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, aqrar məhsulların istehsalçılarına mineral gübrə, biohumus və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi və s. tətbiq olunur. 2020-ci ilin 1 yanvar tarixindən isə fermerlərə subsidiyalar yeni qaydalarla veriləcəkdir.

 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə  keçiriləcək növbəti onlayn maarifləndirmə tədbiri məhz aqrar sahədə tətbiq olunacaq yeni subsidiya qaydalarına və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara dövlət dəstəyi mexanizmlərinə həsr olunacaq.

 

Noyabrın 6-da saat 11.00-da təşkil olunacaq onlayn tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri müvafiq mövzularda məlumatlandırılacaq, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən onları maraqlandıran suallar cavablandırılacaq.

 

Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 711809561):

 

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/711809561 linkinə daxil olmaqla;

 

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

 

Agentliyin ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.

 

Onlayn maarifləndirmə tədbirinə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərsiniz (055 525 30 30, Adil Əhmədov).

 

31 Oktyabr 2019 , 09:17   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin