“MilliKart” Prosessinq Mərkəzi UNEC-də təlim keçirib

(®) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının birgə iştirakı ilə “Nağdsız Cəmiyyət Günləri” layihəsinə start verilmişdir.

 

Layihə çərçıvəsində 29 oktyabr 2019-cu il tarixində  Azərbaycan Banklar Assosiasiyasının və “MilliKartProsessinq Mərkəzinin birgə iştrakı ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti təlim keçirilmişdir.

 

“MilliKart” MMC-nin eksperti Müslüm Pənahov tərəfindən nağdsız cəmiyyət, rəqəmsal ödənişlər, beynəlxalq və yerli ödəniş sistemləri, innovativ ödəniş həlləri, həmçinin fırıldaqçılıq hallarına qarşı mübarizə tədbirləri haqqında tədbir iştirakçılarına geniş məlumat təqdim edilmişdir. Eyni zamanda,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı nəzərdə tutulan tədbirlərin icrası və müəyyən olunmuş icra göstəricilərinə nail olmaq məqsədilə hazırlanmış “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” barədə də tədbir iştirakçılarına məlumat verilmişdir.

 

M.Pənahov onu da qeyd etmişdir ki, “MilliKart” strategiyasına uyğun olaraq növbəti dövrlərdə nağdsız cəmiyyət, rəqəmsal ödənişlər, elektron ticarət və digər bu kimi mövzular üzrə maarifləndirici tədbirlərin genişləndirilməsi istiqamətində fəal iştirak edəcəkdir.

 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmaqla yanaşı, nağdsız cəmiyyətin inkişafı istiqamətində ölkədə həyata keçirilən uğurlu islahatlar haqqında məlumat mübadiləsi aparılmışdır.

31 Oktyabr 2019 , 10:33   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin