Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Bakı Limanında TIR-ların aşırılması kəskin artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Limanında TIR-ların aşırılması kəskin artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu ilin Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanında ümumi yükaşırmanın həcmi ötən ilin eyni dövrünə nisbətən 7,1% artaraq 3 milyon 2,5 min ton olub və göstərilən bütün xidmətlər üzrə nəzərə çarpacaq artım qeydə alınıb. 

 

Reklam_3_11

Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən bildirilib.

 

Məlumata görə, ümumi yükaşırmanın 85,3%-i (2 milyon 560,3 min ton) tranzit yükaşırmanın payına düşüb. 

 

Son 1 ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR-ların) aşırılması 64% artaraq 24 790 ədəd olub. Bunlardan 18 642 ədədi (75,2%) Bakı-Türkmənbaşı-Bakı, 6 148 ədədi isə (24,8%) Bakı-Kurık-Bakı istiqamətində hərəkət ediblər.

 

Konteynerlərin aşırılması isə 43,5% artaraq 24,305 ədəd (TEU ekvivalentində) olub. O cümlədən Çindən gələn konteynerlərin sayı isə 90% artaraq 2 610 ədəd təşkil edib.

 

Bərə terminalında vaqon aşırılması isə 12% artaraq 35 510 ədədə çatıb. Bunlardan 16 039 vaqon (45,2%) Bakı-Kurık-Bakı istiqamətində, 19,429 (54,7%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 42 vaqon (0,1%) isə Bakı-Aktau-Bakı istiqamətində hərəkət edib.

 

9 ay ərzində limanın xidmətlərindən 34 425 sərnişin istifadə edib. 

31.10.2019 07:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ