Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Naxçıvan startapçılar və investorları görüşdürmək üçün portal işə saldı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Naxçıvan startapçılar və investorları görüşdürmək üçün portal işə saldı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

startup.nakhchivan.az” internet portalının təqdimatı olub.

 

Təqdimat mərasimində bildirilib ki, “Startap Naxçıvan” hərəkatı muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır. İnnovativ təhsil mühiti müəllimlərə də öz üzərində işləməklə peşəkarlıqlarını artırmağa və sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.

 

startup.nakhchivan.azportalı ümumilikdə 20 moduldan və 9 verilənlər bazasından ibarətdir. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri nəzərdə tutulub.

 

Qeyd olunub ki, burada qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb. Portalın arxivinin və bazalarının getdikcə genişlənəcəyi nəzərə alınaraq bu məqsədlə server alınıb, portala “startup.nakhchivan.az” domen adı verilib.

31.10.2019 08:18

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ