9 ayda kredit təşkilatlarına 400 milyon manata yaxın maya qoyulub

2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycanın kredit təşkilatları tərəfindən 395,8 milyon manatlıq səhmlər emissiya edilib.

 

“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasının statistikasına istinadən xəbər verir ki, 9 ay ərzində kredit təşkilatlarının səhm emissiyaları üzrə 11 dövlət qeydiyyatı aparılıb. Qeydiyyatların cəmi məbləği 395,8 milyon manatdır.

 

9 ay ərzində sığorta şirkətlərinin 80 milyon manatlıq 6 səhm emissiyası dövlət qeydiyyatına alınıb.

 

Digər təşkilatlar 72 səhm emissiyası həyata keçiriblər. Bu emissiyaların cəmi məbləği 836,9 milyon manatdır.

 

Ümumilikdə 9 ay ərzində Palata tərəfindən 1 milyard 312 milyon manatlıq 89 səhm buraxılışı dövlət qeydiyyatına alınıb.

31 Oktyabr 2019 , 12:34   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin