"“Bank Respublika”nın portfelinin 70%-dən çox hissəsi real sektora ayrılan kreditlərdir"

Azərbaycanın ən böyük özəl banklarından biri olan Bank Respublika, 2019-cu ilin üçüncü rübünün yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, fəaliyyətinin prioritet sahəsi mikro, kiçik və orta sahibkarlığa dəstək olan Bank Respublika, pozitiv dinamikanı davam etdirərək bütün istiqamətlər üzrəartım nümayiş etdirib.

 

Belə ki, hesabata əsasən ötən ilin analoji dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 12,8 dəfədən çox artararq 15,6 mln.manat, xalis faiz mənfəəti 1,7 dəfə artaraq 29 milyon manat, xalis əməliyyat mənfəəti isə 4,4 dəfədən çox artaraq 27,3 milyon manat təşkil etmişdir.

 

1 oktyabr 2019-cu il tarixinə bankın aktivləri 1,3 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39% çoxdur. Eyni zamanda, Bankın məcmu kapitalı 45,8%, depozit portfeli 44,8%,kredit portfeli 52% artıb.

 

“Bütün sahələr üzrə əldə etdiyimiz pozitiv maliyyə göstəriciləridaha öncə olduğu kimi,üçüncü rübdə də Bankın, uğurlu fəaliyyət göstərdiyini təsdiq edir. Qeyd etmək istərdim ki, biz ölkə iqtisadiyyatının drayveri rolunu oynayan real sektora  xüsusi önəm veririk.Təsadüfi deyil ki, Bankın kredit portfelinin 70% -dən çoxu bilavasitə ölkədə sahibkarlığın maliyyələşdirilməsinə yönəldilən kreditlər təşkil edir.

 

Bank Respublikanın  effektiv, müştəri yönümlü, yüksək texnoloji bir banka transformasiyasını nəzərdə tutan uzunmüddətli strateji hədəflərimizi həyata keçirərək, biz planlaşdırılmış maliyyə göstəricilərinə nail oluruq. Gələcək üçün bizim iddialı planlarımız var və mən əminəm ki, yüksək ixtisaslı peşəkar komandamız sayəsində bütün qoyulan hədəflərə müvəffəqiyyətlə nail olacağıq” - deyə, “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

31 Oktyabr 2019 , 13:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin