Hesab.az-dan pulsuz kartlar əldə etmək imkanı!
® Onlayn ödəmənin gündən günə sürətlə artdığı zamanda Hesab.az onlayn ödəmə portalı olaraq daim maarifləndirici təlimlər ilə insanları onlayn ödəmənin önəmini izah etməyə,stimullaşdırıcı kampaniyalarla və bu mövzuda keçirilən tədbirlərə qatılmaqla nağdsız ödəmələrə marağı artırmağa, dəstək olmağa çalışır.
Azərbaycan Banklar Assosiasiyası təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” başlayıb. Günlər çərçivəsində 31 oktyabr – 7 noyabr tarixlərində “Nağdsız ödəyən qazanır!” stimullaşdırıcı kampaniyası da həyata keçirilir. Hesab.az öz sosial media və reklam kanalları üzərindən lahiyəyə dəstək olduğunu bildirib.
Lahiyə çərçivəsində Hesab.az ödəniş portalı üzərindən nağdsız ödənişlər edən müştərilərə “Dərhal dəyiş” bölməsində bankların müxtəlif prestij səviyyəsində olan kartlar əlavə ödəniş olmadan müəyyən bonus qarşılığında təqdim edilir.
Kampaniyadan yararlanmaq istəyən istifadəçilər əgər hesab.az istifadəçisi deyilsə, hesab.az saytında qeydiyyatdan keçərək və ya hesab.az mobil tətbiqini yükləyərək kommunal, mobil və stasionar rabitə, kabel televiziyası, internet provayderlərin və s. ödənişləri bu səhifə vasitəsilə həyata keçirməklə bonuslar toplamalıdırlar. Daha sonra öz hesablarındakı bonusları “Dərhal dəyiş” bölməsində 10000-30000 bonus dəyərində olan plastik karta dəyişə bilirlər. Qeyd edək kİ, kampaniya noyabr ayının 7-nə qədər keçərlidir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 19 saat əvvəl
-
20 saat əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 23 saat əvvəl
-
23 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
1 gün əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
1 gün əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
1 gün əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 1 gün əvvəl
- 1 gün əvvəl