Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Prezident icra başçılarını vəzifədən azad etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident icra başçılarını vəzifədən azad etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gün Azərbaycan Prezidentinin imzaladığı sərəncam ilə, Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

"Marja" xəbər verir ki, digər sərəncam ilə, Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə, Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Digər bir sərəncam ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

1980-ci il təvəllüdlü Elnur Rzayev Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsində, 1981-ci il təvəllüdlü Anar Tağıyev Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışırdı.

 

Məlumata görə, Anar Tağıyev Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

 

31.10.2019 12:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ