NAZLifan avtomobillərinə ÖDƏNİŞSİZ DİAQNOSTİKA KAMPANİYASI

(®) Cahan Motors təqdim edir!


 

NAZLifan avtomobil brendi barədə yeni xəbər var. Belə ki, NAZLifan avtomobillərinin servisi və satışı artıq "Cahan Motors" şirkətində həyata keçiriləcək. Bunun üçün bütün modellərə aid ehtiyat hissələrinin tədarükü görülüb və Lifan sürücülərinin istifadəsinə verilib.

 

"Cahan Motors"dan aldığımız məlumata əsasən, növbəti aydan etibarən Lifan 650, Lifan X 70, Lifan X 7 modellərinin də satışına başlanacaq. Bu modellər Naxçıvan Avtomobil Zavodunda istehsal olunacaq. Çin avtomobil brendi olan Lifan bütün dünyada ən çox satılan brend olmaqla yanaşı, ölkəmizdə də olduqca məşhurdur.

 

"Cahan Motors" Lifan sürücülərini də unutmur. Belə ki, noyabr ayının 1-dən etibarən noyabrın 30-a kimipulsuz diaqnostika və razval-balans 50% endirimlə” kampaniyası həyata keçiriləcək. Bu gündən başlanan kampaniyaya bütün NazLifan sürücüləri dəvət edilir. Bütün avtomobillər pulsuz diaqnostika olunacaq və ehtiyac olarsa, razval – balans xidmətləri 50% endirimlə həyata keçiriləcək.

 

Qeyd edək ki, "Cahan Motors" NazLifan brendi ilə yanaşı, artıq 10 ildən çoxdur ki, dünyaca məşhur alman texnologiyası Opel brendinin də rəsmi distributorudur.

 

"Cahan Motors" NAZLifan servis mərkəzi Babək prospekti 21/99 ünvanında yerləşir. Servisdə qəbula yazılmaq üçün 055 276 22 24, ehtiyat hissələri ilə bağlı hər hansı sualınız üçün isə 055 276 22 23 nömrə ilə əlaqə saxlaya bilərsiniz.

 

1 Noyabr 2019 , 18:00   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin