Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Samsung, Galaxy S8-i təqdim edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Samsung,  Galaxy S8-i təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Samsung, yeni ağıllı telefonu Galaxy S8-i təqdim edib. 


 
Telefon 21 Apreldən etibarən qara, boz və qızıl sarısı kimi fərqli varianları ilə satışda olacaq. 


Galaxy S8  modeli 5.8 düym, Galaxy S8+ isə 6.2 düym ekrana malikdir. Telefon 12mp F1.7 Dual Pixel baş kamera ilə təchiz olunub.

 

Telefonun korpusu metal çərçivəyə malik şüşədən hazırlanıb. İdarəetmə düymələri ekrana inteqrasiya edilib və barmaq izi skanerinin yeri arxa tərəfə keçirilib. Yeni qabaqcıl smartfon gözün qüzehi qişasının skaneri ilə təchiz edilib.

 

Yeni “S8” smartfonları “IP68” standartına uyğun olaraq su və toza qarşı dayanıqlıdır, yəni telefon 1,5 metr dərinliyində suyun içində 30 dəqiqə qalmaq qabiliyyətinə malikdir.

 

Yeni smartfonlar iki modifikasiyada əlçatan olacaq: “Samsung Exynos 8895” və “Qualcomm Snapdragon 835” prosessorları ilə. Həmçinin 4 QB əməli və 64 QB daxili yaddaşla təchiz ediliblər. Yaddaş kartı dəstəklənir. Əsas kameranın təsvir ölçüsü 12, ön kamerada isə 8 meqapikseldir. Hər iki aparat “Dual Pixel” texnologiyasına malik “f1.7” linzasına malikdirlər.

 

“Galaxy S8” smartfonu şirkətin “Bixby” səs assistentini dəstəkləyən ilk qurğusudur. Səs assistentini işə salmaq üçün korpusun sol tərəfində xüsusi düymə var. İstehsalçının iddiasına görə, sözügedən assistent bazarda ən “ağıllı”dır və başqa şirkətlərin həllindən son dərəcə fərqlənir. Sistem tədricən “Samsung”un bütün qurğularına, həmçinin soyuducu və kondisionerlərə inteqrasiya ediləcək.

30.03.2017 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ