Mobil manşet üstü reklam-3_21

Bakıda “Maliyyə və İnvestisiya Forumu” keçiriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakıda “Maliyyə və İnvestisiya Forumu” keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakıda 15-dək yerli və xarici spikerlərin iştirakı ilə “Maliyyə və İnvestisiya Forumu” keçiriləcək.

 

06 may 2017-ci il tarixdə Badamdar oteldə 200-dən çox şirkətin 500-dək əməkdaşının iştirakı ilə“Maliyyə və İnvestisiya Forumu” keçiriləcək.

 

Forumun keçirilməsində məqsəd maliyyə və vergi maarifləndirməsidir.Forum 06 may 2017-ci il tarixində bütöv gün olmaqla keçiriləcək. 1 gün ərzində 3 panel, hər paneldə 1 moderator və 3 spiker, toplam 12 spikerin olması nəzərdə tutulur. Panellərin biri “Maliyyə Bazarları və İnkişaf Perspektivləri”, 2-cisi “Maliyyələşmə Strategiyaları”, 3-cü isə “Vergi Siyasəti və Şəffaf Hesabatlılıq”dır.

 

Maliyyə və İnvestisiya Forumu əsas nəzəri bazasını Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsindən götürüb. Həmin sənəddə maliyyə bazarı, maliyyə xidmətlərinin inkişafı isitiqamətləri prioritet məqsəd kimi qarşıya qoyulub. Bu sənəddə Azərbaycanda maliyyə bazarında olan çatışmazlıqılar, onların aradan qaldırılması yolları və dünyada tətbiq edilən qabaqcıl təcrübə haqqında təfərrüatlı məlumat və tövsiyyələr də təqdim edilib. Yol xəritəsindəbu barədə Strateji hədəf 5 – “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı xüsusi bölmə var.Dövlətin bu siyasətinin davamı olaraq 01 Yanvar 2017-ci ildən etibarən vergi məcəlləsinə edilmiş dəyişikliklər vasitəsilə şəffaf mühasibat uçotunun, vergi ödəyicilərinin intizamının artırılması və elektron sənəd dövriyyəsinin tətbiqi də əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

 

Forum maliyyə və investisiya sahəsində fəaliyyət göstərən böyük holdinq və şirkət əməkdaşları tərəfindən könüllü şəkildə sosial məsuliyyət layihəsi kimi həyata keçirilir. Forumun təşkilat komandasında ölkəmizin böyük holdinqlərindən - Gilan Holdinq və Azersun Holdinqin əməkdaşları yer alır. Eyni zamanda Gilan Holdinq forumun Baş Sponsorudur.

 

Keçiriləcək bu forum sayəsindədövlət və özəl biznes subyektləri arasında konsktruktiv əlaqələrin, bilgi paylaşımının olması ümumilikdə sektora müsbət təsir edəcək.Maliyyə, vergilər, audit, mühasibatlıq sahəsində çalışan menecerlər, sahibkarlar, biznes ilə maraqlanan hər kəs iştirak edə bilər.

 

Forumda iştirak etmək üçün biletləri rəsmi veb sayt www.fif.az və ya facebook səhifəsi www.facebook.com/fifazerbaijan vasitəsilə sifariş etmək olar.

30.03.2017 09:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ