Bakı Fond Birjasında repo qiymətli kağızların siyahısı yeniləndi

“Bakı Fond Birjasında qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə ticarətin təşkili və keçirilməsi Qaydaları”na dəyişikliklərin 27 sentyabr 2019-cu il tarixində təsdiqlənməsi ilə Bakı Fond Birjasında repo əməliyyatlarının stimullaşdırılması üzrə bir sıra yeni müddəalar qüvvəyə minmişdir.

 

Birjanın yaydığı məlumatda bildirilir ki, dəyişikliklərdən sonra Bakı Fond Birjasının əsas və standart bazar seqmentində listinqə daxil olan korporativ qiymətli kağızlar repo predmeti kimi istifadə olunması mümkün olmuşdur.

 

01 noyabr 2019-cu il tarixindən etibarən Bakı Fond Birjasında repo əməliyyatlarında repo predmeti olan qiymətli kağızların yeni siyahısı və onlar üzrə təminat əmsalı qüvvəyə minmişdir. Siyahı Bakı Fond Birjasının internet səhifəsində “Repo bazarı” bölməsində (https://bfb.az/korporativ-repo-emeliyyatlari/) yerləşdirilmişdir.

 

1 Noyabr 2019 , 10:32   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin