Bakı Fond Birjası tariflərini aşağı saldı

“Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Starteji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəflərə uyğun olaraq, o cümlədən kapital bazarlarında baş verən müsbət trendləri və ticarət həcmlərində müşahidə olunan artım templərini nəzərə alaraq Bakı Fond Birjası tərəfindən birjada ticarət üzrə xidmət haqlarına – ticarət tariflərinə  yenidən baxılıb.

 

Simulasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı iki dəfə aşağı salınıb. Bu barədə "Marja"ya Birjadan bildirilib.

 

"Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilmişdir. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək",- Birjanın məlumatında deyilir.

 

Aşağıda qeyd olunan təsdiqlənmiş dəyişikliklər  1 Noyabr 2019-cu il tarixindən qüvvəyə minir :

 

Xidmət

Köhnə tarif

Yeni tarif

Qeyd

Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi

0.04%

0.02%

Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.

Azərbaycan Respublikasının  Mərkəzi Bankının notlarının yerləşdirilməsi

0.04%

0.02%

Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur.

Korporativ istiqrazların yerləşdirilməsi

0.04%

0.02%

Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər

Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdiriməsi

0.04%

0.02%

Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər

Repo əməliyyatları

3 (üç) günədək, hər gün üçün 0,001%;

3 (üç) gündən artıq 0,003%

0,001%

Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankıdan komissiya haqqı tutulmur)

 

Yeni ticarət tarifləri Bakı Fond Birjasının internet səhifəsinin “Bazar və alətlər” bölməsində (https://bfb.az/tarifler/) yerləşdirilmişdir.

1 Noyabr 2019 , 08:38   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin