Bakının ən gözəl prospektinə çevriləcək - OBYEKTLƏR SÖKÜLƏCƏK
"Buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir"
Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbəsinin mərkəzi küçəsi olan Badamdar şossesinin müasir layihə əsasında yenidənqurulmasına başlayıb.
İcra hakimiyyətindən verilən məlumata görə, ilk növbədə bu küçə ərafında yerləşən obyekt və tikililərin inventarizasiyası aparılıb, təcrübəli memarlar tərəfindən müasir layihələr işlənilib və vətəndaşlarla görüş keçirilib.
Məlumata görə, hazırda layihələrin tikili və obyekt sahibləri ilə razılaşdırılması prossesi gedir: “Badamdar yolunun ətrafında yerləşən obyekt və tikililərin inventarizasiyası zamanı aşkar olunub ki, buradakı obyektlərin əksəriyyəti qeyri-qanuni fəaliyyət göstərir, onlar vaxtı ilə yaşayış yeri kimi rəsmiləşdirilib, bir çoxunda əlavə torpaq sahələri zəbt olunmaqla əlavə tikinti işləri aparılıb və mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılmayıb. Bəzi yerlərdə tikililər yüksəkgərginli elektrik xətlərinin birbaşa altında və mühafizə zolağında tikilib, həmçinin şosse boyunca bir çox yerlərdə piyada səkiləri də zəbt olunub”.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti vətəndaşlara öz tikili və obyektlərinin qanunauyğun şəkildə sənədləşdirilməsi təklif olunub və onlara qanun çərçivəsində hər cür yardım göstərilir.
Eyni zamanda, Badamdar şossesinin kənarlarında zəbt olunaraq tikilən və qanunsuz artırılan, yolun yenidənqurmasına mane olan, səkilərə çıxan tikililərin söküntüsü aparılır.
Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, aparılan söküntü işləri ilə bağlı hələ ki, şikayət daxil olmayıb. Hər bir söküntü işi, hər bir tikili ilə bağlı real vəziyyət aydınlaşdırılır və onlar barədə məlumat KİV-lərə təqdim olunucaq.
Aparılan yenidənqurma prossesi uzunmuddətli olmasına baxmayaraq o, tam şəkildə başa çatdıqdan sonra Badamdar şossesi Bakının ən gözəl prospektinə çevriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
15 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
17 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl