Biznesmenlər təqdimata dəvət olunurlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Biznesmenlər təqdimata dəvət olunurlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bakı Şopinq Festivalının təşkilatçısı olan Azərbaycan Konqreslər Bürosu (AKB) festivalda iştirak etməkdə maraqlı olan biznes qurumlarının nümayəndələrini martın 31-də saat 12:00-da “JW Marriott Absheron Baku” otelində keçiriləcək təqdimata dəvət edir.

 

Reklam_3_11

AKB-dən  bildirilib ki, təqdimatın məqsədi özəl sektorun nümayəndələrini Bakı Şopinq Festivalı kimi əhəmiyyətli və uzunmüddətli layihədə iştirakın iqtisadi xeyirləri barədə məlumatlandırmaqdır.

 

Tədbirdə iştirakçılara festivalda iştirakın qayda və şərtləri haqda, həmçinin sahibkarlıq obyektlərin qeydiyyat prosesi barədə ətraflı məlumat veriləcək.

 

Otel restoran, mağaza və digər sahələr də daxil olmaqla pərakəndə satış və xidmət sahəsindən olan hər bir biznes qurumları tədbirdə iştirak edə bilər. Sahibkarlar, rəhbər işçilər, satış rəhbərləri və marketinq menecerlərin tədbirdə iştirakı arzuolunandır.

 

Tədbirdə iştirak etmək üçün (055) 241 41 08 və (055) 253 63 08 nömrələrinə və [email protected] email ünvanına müraciət etmək olar.

 

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il ilk dəfə aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək.

 

30.03.2017 09:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ