Mobil manşet üstü reklam_21

“Günay Sığorta”ya yeni sədr təyin edildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Günay Sığorta”ya  yeni sədr təyin edildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. "Marja" xəbər verir ki, bu vəzifəni Akşın Cahangirov icra edəcək.

 

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edildikdən sonra isə rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

 

Qeyd edək ki, Akşın Cahangirov fəaliyyəti ərzində müxtəlif aparıcı sığorta şirkətlərində, AR Qiymətli Kağızlar üzrə DK Milli Depozit Mərkəzində rəhbər vəzifədə çalışmışdır. 2016-cı ildən etibarən isə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta bazarına nəzarət departamentində rəhbər vəzifəni icra etmişdir.

 

İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Gülnarə Cavadova İdarə Heyətinin üzvü, İdarə Heyətinin üzvü İlkin Mirzəyev isə Təftiş komissiyasının sədri vəzifəsində fəaliyyətini davam etdirəcək.

 

Ümumiyyətlə, şirkətdəki inkişaf prosesinə nəzər yetirdikdə məlum olur ki, mövcud inkişaf meylləri cari ilin əvvəlindən hiss olunmaqdadır. Şirkətdəki institutsional dəyişiklik, korporativləşmə, əsas maliyyə göstəricilərindəki artım, sığorta portfelinin gəlirlilik dərəcəsinin artması, mənfəətlilik, eləcə də müştəri məmnuniyyəti səviyyəsinin artırılması şirkətdə ilin əvvəlində olan təyinatlarla bağlıdır.


Şirkətin zərərdən mənfəətə keçməsi, sığorta portfelinin zərərlilik dərəcəsinin minimuma enməsi, korporativ qaydaların hazırlanması, işçilərlə bağlı motivasiya proqramlarının işlənilib hazırlanması, satış şəbəkəsinin coğrafiyasının genişləndirilməsi və bütün bu kimi əsaslı dəyişikliklər Direktorlar Şurası sədrinin müşaviri vəzifəsinə Fuad Sadıqovun təyinatından sonra baş verib və hal hazırda şirkət peşəkar komanda tərəfindən idarə olunur.

 

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 27 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.

01.11.2019 13:19

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ