Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

10 ayda 1900-ə yaxın ipoteka krediti verilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
10 ayda 1900-ə yaxın ipoteka krediti verilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

01.11.2019-cu il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyət istiqamətləri üzrə göstəriciləri açıqlanıb.

 

Fonddan “Marja”ya daxil olmuş məlumata görə, 01.11.2019-cu il tarixinədək 1 milyard 344 milyon 686 min manat məbləğində 27113 ipoteka krediti verilib.

 

01.10.2019-cu il tarixinə İKZF tərəfindən verilən ipoteka kreditlərinin sayı 26999, cəmi məbləği 1 milyard 335 milyon 831 min manat təşkil etmişdi. Beləliklə noyabrda 114 ipoteka krediti verilib. 

 

Cari ilin 10 ayı (01.01.2019-01.11.2019) ərzində isə 127 milyon 458 min manat məbləğində 1884 ipoteka krediti verilib.

 

Cari ilin 10 ayı ərzində İKZF zəmanət verilmiş kreditlərin məbləği 29 milyon 330 min manat, 01.11.2019-cu il tarixinək zəmanət verilmiş kreditlərin ümumi məbləği isə 46  milyon 859 min manat təşkil edib. 01.10.2019-cu il tarixinə İKZF tərəfindən zəmanət və subsidiya verilmiş kreditlərin məbləği isə 41 milyon 759 min manata çatmışdı.

 

01.11.2019-cu il tarixinə İpoteka və Kredit Zəmanət Fondunun dövriyyədə ümumi məbləği 707 milyon 672 min manat təşkil edən istiqrazları olub.

01.11.2019 13:51

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ