Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bazar gününün hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bazar gününün hava proqnozu açıqlanıb

Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

 

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8-10° isti, gündüz 11-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70% olacaq.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 3-ü səhərədək Abşeron yarımadasında yağışlı, küləkli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün, əsasən, əlverişsizdir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-11° isti təşkil edəcək. 

02.11.2019 10:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ