Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 17,3 faiz bəndi azalıb.

 

"Global Stats" statistika mərkəzinin  verdiyi məlumata görə, noyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 43,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,3 faiz bəndi azdır.
Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

 

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Twitter" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı oktyabr ayı ərzində 5,1 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabrın 1-nə 15,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 11 faiz bəndi çoxdur.

 

Bu ilin oktyabr ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 2,6 faiz bəndi artıb. Noyabrın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycan sosial media bazarında 14,5% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz bəndi çoxdur.

 

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 12,1%, "YouTube" – 10,3%, "VKontakte" – 1,38%, "Google+" – 0,88% və s.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

02.11.2019 11:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ