Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Xalq etiraz etdi, hökumət geri addım atdı - VARLILARDAN ÇOX VERGİ ALINACAQ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Xalq etiraz etdi, hökumət geri addım atdı - VARLILARDAN ÇOX VERGİ ALINACAQ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cənubi Amerika dövləti Çilidə iki həftədir davam edən etirazların ardından hökumət, böyük şirkətlərdən və varlı şəxslərdən alınan verginin azaldılması planından imtina edib.

 

"Marja" xəbər verir ki, ölkənin Xəzinə naziri İgnacio Briones, 23 adamın öldüyü etirazlardan sonra, böyük şirkətlərdən və varlı şəxslərdən alınan vergilərin azaldılmasına dair plandan imtina etdiklərini açıqlayıb. 

 

Müxalifət liderləri, zənginlərdən alınan verginin azaldılması planının ləğv edilməsinin kafi olmadığını, diktator Augusto Pinochet dövründə yaradılan və təbii ehtiyatların özəlləşdirilməsinə imkan verən konstitusiyanın dəyişdirilməsinin də lazım olduğunu bildiriblər. 

 

Digər tərəfdən, paytaxt Santiaqoda on minlərcə adam dünən də etiraz üçün meydanları doldurub.

 

ÇİLİDƏ ETİRAZLAR

 

Etirazlar, paytaxt Santiaqoda gündə 3 milyondan çox adamın istifadə etdiyi metro gediş haqqısının 6 Oktyabrda artırılması ilə başlamış və 19 Oktyabrda da şiddətlənərək bir çox şəhərdə hökumət əleyhinə nümayişlərə çevrilmişdir. 

 

Nümayişlərdə 23 nəfər ölüb, 1218 adam yaralanıb və 9 min 203 adam həbs edilib. 

02.11.2019 14:15

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ