"Outsource" marketinq xidməti üzrə müraciətlərinin sayı artır
Ölkədə sahibkarlığın inkişafına öz marketinq dəstəyini göstərən “Marcom” Marketinq və Kommunikasiyalar şirkəti Outsource marketinq xidmət üzrə bazar payını artırır.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə iyul ayında istifadəyə verilən ödənişsiz konsultasiya xidmətinin nəticələri heç də ürəkaçan deyildir:
“3 aylıq nəticələr göstərir ki, bir çox şirkətlər marketinq sahəsi üzrə ciddi kadr çatışmazlığından əziyyət çəkirlər. Kadr çatışmazlığı isə fəaliyyəti tənzimlənməyən reklam agentlikləri və fiziki şəxslər üçün şirkətləri yanlış istiqamətlərə yönləndirmək imkanı yaradır. Nəticədə bəzi bazar iştirakçılarının həm büdcələrinə, həm də imiclərinə ciddi ziyan vurur. 3 ayda qəbul etdiyimiz zənglər onu göstərir ki, bəzi şirkətlərin cari vəziyyəti, gələcək planları araşdırılmadan onlara yanlış istiqamətlər verilərək bazardakı mövqeləri zəiflədilmişdir. Bu kimi halların qarşısını almaq və bazar iştirakçılarının maraqlarını qorumaq üçün outsource marketinq xidməti üzrə işləri genişləndirməyi qərara almışıq”.
Xidmətin üstünlüklərinə gəlincə isə icraçı direktor qeyd edib ki, göstərilən xidmət sayəsində bir çox şirkətlərin marketinqlə bağlı kadr çatışmazlığı problemləri həll olunacaq. “Bu xidmət kiçik və orta biznes sahiblərini böyük marketinq büdcələrindən azad etməklə yanaşı, şirkətin daxili işlərinə daha çox fokuslanmalarına kömək edəcək.”
Qeyd edək ki, şirkət Azərbaycan və Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkət noyabr ayı ərzində sifariş əsasında daşınmaz əmlak üzrə funksional platforma istifadəyə verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
15 d. əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
41 d. əvvəl
Kənd təssərüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 44 d. əvvəl
-
1 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 1 saat əvvəl
-
3 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 3 saat əvvəl
-
4 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
4 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir