SOCAR "Petkim"dən 145 milyon manat divident alacaq
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” 2016-cı ildə əldə etdiyi mənfəətindən 600 mln. Türkiyə lirəsi (283,56 mln. manat) məbləğində sərmayədarlara divident ödəyəcək.
Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platforması (Kamuyu Aydınlatma Platformu - KAP) xəbər verir ki, bu barədə “Petkim”in 2016-cı il fəaliyyətinə dair İdarə Heyətinin martın 29-da keçirilən iclasında qərara alınıb.
“SOCAR Turkey Petrokimya A.Ş”nin əldə edəcəyi dividentin həcmi 306 mln. lirə (144,616 mln. manat) olacaq. İclasda dividentlərin aprelin 14-də paylanmasına qərar verilib.
“Petkim” 2016-cı ildə 725,786 mln. lirə həcmində xalis mənfəət əldə edib, xalis paylana bilən mənfəəti isə 690,645 mln. lirə təşkil edib.
İclasda ötən il dekabrın 15-də İdarə Heyətinin qərarı ilə Holdinqin 2017-ci il fəaliyyətinin auditini aparmaq üçün seçilən “PwC” (“Pricewaterhouse Coopers”) şirkətinin audit aparması səs çoxluğu ilə qəbul edilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 1 saat əvvəl
-
2 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
2 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
-
3 saat əvvəl
2024-cü ilin 1-ci rübü üzrə elektrik enerjisi göstəriciləri açıqlanıb