Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında böyük artım

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarında böyük artım

2019-cu ilin Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 110,6 milyon dollar artaraq 31 Oktyabr 2019-cu il tarixində 6 milyard 144,7 milyon dollar çatıb.

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, Sentyabrın sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 34,1 milyon dollar təşkil etmişdi.

 

Ötən ilin sonu ilə müqayisədə (10 ay ərzində) Mərkəzi Bankın valyuta ehtiyatları 763.5 milyon dollar artıb.

 

Bir müddət öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, Mərkəzi Bank bazardan valyuta alışı həyata keçirib.

 

"Valyuta bazarında təklifin tələbi üstələməsi valyuta ehtiyatlarının artması üçün şərait yaradıb. İlin ötən dövrü üzrə valyuta bazarında təxminən 940 milyon dollar məbləğində profisit yaranıb. O cümlədən, Dövlət Neft Fondunun sata bilmədiyi 548 milyon dollar vəsaiti var. Mərkəzi Bank 2019-cu ildə valyuta bazarından 391 milyon dollar valyuta alıb. Mərkəzi Bankın valyuta bazarındakı bütün profisiti alması arzuolunan variant deyil, əlavə pul emissiyasına gətirib çıxardır. Bu isə pul kütləsinin idarə edilməsində əlavə problemlər yarada bilər”,- Mərkəzi Bankın sədri Elman Rüstəmov 25 Oktyabrd keçirdiyi mətbuat konfransında bildirmişdi.

 

2019-cu il, milyon dollar ilə


Tarix                 Dəyər
31/10/2019    6144.7
30/09/2019    6034.1
30/08/2019    6004.3
31/07/2019    5962.8
28/06/2019    5939.4
31/05/2019    5870.9
30/04/2019    5789.0
29/03/2019    5778.6
28/02/2019    5761.9
31/01/2019    5655.9
29/12/2018    5625.7

04.11.2019 08:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ