Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dövriyyədə olan nağd pul və bank ehtiyatları daha da artıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövriyyədə olan nağd pul və bank ehtiyatları daha da artıb

31 Oktyabr 2019-cu il tarixində pul bazası 10 milyard 298 milyon 800 min manat təşkil edib.

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, pul bazası Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda 81 milyon 500 min manat artıb. Sentyabrda artım 59 milyon 700 min manat təşkil etmişdi. 

 

31 İyulda pul bazası 10 milyard 574.3 milyon manata çatmışdı. İyul ayı ilə müqayisədə Avqustda isə pul bazası 416,7 milyon manat azalmışdı. 

 

2018-ci ilin sonu ilə müqayisədə isə pul bazası  753 milyon 100 min manat artıb. 29 Dekabr 2018-ci il tarixində pul bazası 9 milyard 545 milyon 700 min manat təşkil etmişdi.

 

Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya
banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

 

Pul bazası (milyon manat)

 

Tarix                Dəyər
31/10/2019     10298.8
30/09/2019     10217.3
30/08/2019     10157.6
31/07/2019      10574.3
28/06/2019      10376.9
31/05/2019      10172.4
30/04/2019       9495.1
29/03/2019       8946.3
28/02/2019       9014.1
31/01/2019       8709.2
29/12/2018       9545.7

04.11.2019 08:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ