Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan bankı növbəti dəfə hərbçinin kredit borcunu bağışladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan bankı növbəti dəfə hərbçinin kredit borcunu bağışladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“AtaBank” ASC 26-cı il dönümü ilə bağlı Qarabağ uğrunda gedən Aprel döyüşlərində yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

 

Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Fərzəlizadə Ruslan Zahid oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Ağdam ərazisində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı olaraq iştirak etmiş və bu zaman sol gözündən və əlindən yaralanmışdır.

 

Hərbçimiz "AtaBank2ın Mərkəz filialına dəvət edilib və İdarə Heyəti sədrinin müavini Kamran Orucəliyev və Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov ilə görüşüb. Görüş zamanı “AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini K.Orucəliyev bildirmişdir:

 

“Torpaqlarımız uğrunda döyüşən, vətən keşiyində duran əsgər və hərbçilərimiz hər zaman dövlətimizin diqqət mərkəzindədir. Lakin ölkənin özəl sektoru da, ələxsus iri şirkətlər və bank kimi maliyyə institutları da müstəqilliyimiz uğrunda canlarını fəda etməyə hazır oğullarımızı və onların doğmalarını unutmamalıdır. Bank olaraq vətənin çətin günlərində düşmənə sinə gərənlərin sosial durumunu nəzərə alıb bacardığımız yardımı əsirgəməməliyik.”

 

Xatırladaq ki, “AtaBank” ASC bundan öncə də Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçimizin kredit borcunu bağışlayıb.

 

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

04.11.2019 08:53

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ