Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Palatadan istehlak kreditlərilə bağlı yeni məhdudiyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Palatadan istehlak kreditlərilə bağlı yeni məhdudiyyət

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar”a dəyişiklik edilib.

 

Reklam_3_11

Palatanın yaydığı məlumatda bildirilir ki, ölkə başçısı cənab İlham Əliyevin biznes mühitinin daha da yaxşılaşdırılması, “iqtisadiyyatın real sektoruna yönələn kreditləşmənin artırılması” çağırışı ilə əlaqədar növbəti addım kimi Palata tərəfindən edilmiş dəyişiklik nəticəsində müddəti 7 ildən artıq olan istehlak kreditlərinin maksimum həcmi bankın I dərəcəli kapitalının 0.1 faizi ilə məhdudlaşdırılıb.

 

“Banklarda kredit riskinin maksimum həcmini tənzimləyən bu dəyişiklik istehlakçıların zəruri olmayan uzunmüddətli istehlak kreditləri götürməməsinə təsir etməklə məsuliyyətli borclanma vərdişlərinin formalaşdırılmasını təmin edəcəkdir. Qeyd olunan dəyişikliyin əsas məqsədi istehlakçıların izafi borclanmasının qarşısının alınması və onların hüquqlarının qorunmasıdır”,- Palatanın məlumatında deyilir.

 

Məlumat üçün bildirək ki, bundan öncə 18.10.2019-cu il tarixində “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilmişdir ki, bu dəyişikliklər ilə KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələri azaldılmış, istehlak kreditləri üzrə isə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilərək risk dərəcələri artırılmışdır.

04.11.2019 14:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ