Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Səba” şirkətinin rəhbərliyi, bankdan kredit götürülməsi, törəməsinin yaradılması barədə qərarlar veriləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Səba” şirkətinin rəhbərliyi, bankdan kredit götürülməsi, törəməsinin yaradılması barədə qərarlar veriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Broyler cücələrinin sənaye üsulu ilə yetişdirilməsi, kəsimi və broyler ətinin satışı ilə məşğul olan “Səba” ASC-də bir neçə mühüm hadisələr gözlənilir.

 

“Marja” xəbər verir ki, 19 dekabr 2019-cu il tarixində “Səba” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcəkdir.

 

Gündəlikdəki məsələlər aşağıdakılardır:

1. Səhmdar cəmiyyətin nizamnaməsində 5-ci redaksiyada dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması barədə.

2. Səhmdar cəmiyyətin müşahidə şurası barədə.

3. Səhmdar cəmiyyətin idarə heyəti barədə.

4. Səhmdar cəmiyyətin bankdan kredit götürməsi üçün müraciət edilməsi barədə.

5. Cəmiyyətin səhmdar kapitalı haqqında.

6. Səhmdar cəmiyyətin yeni törəmə şirkətinin yaradılması barədə.

7. Digər məsələlər.

 

Yığıncaq “Səba” ASC-nin Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir

 

Məlumat üçün bildirək ki, “Səba” ASC-nin 21 səhmdarı var, onlardan 19-u fiziki şəxs və 2-si hüquqi şəxsdir. Ən böyük paya malik olan səhmdarlar “Bakı İnvestment Company” MMC (37.3101%), Quliyev Hidayət Məhiyyəddin oğlu (37.31%) və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-dir (25%).

 

Hazırda “Səba” ASC-nin Müşahidə şurasının sədri Natiq Quliyev, Şuranın üzvləri Şakir Rəhimov, Clifford John,  Elmar Abasov və Allahverdi Paşayevdir.

 

“Səba” ASC-nin İdarə Heyəti Sədr isə Fuad Ələkpərovdur, Nicat Nağıyev  və Cavanşir Cəbrayılzadə isə üzvlərdir.

05.11.2019 05:14

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ