Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Qala Sığorta” mənfəətə çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Sığorta” mənfəətə çıxıb

“Qala Sığorta” ASC 2016-cı ili 226 min 641 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2015-ci ilin yekunu üzrə 385 min 813 manat zərər açıqlamışdı.

 

Reklam_3_11

“Marja” Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Qala Sığorta”nın cəmi gəlirləri 5 milyon 992 min manat, cəmi xərcləri isə 5 milyon 739 min manat təşkil edib. Şirkətin sığorta haqları üzrə gəliri 4 milyon 642 min manat, investisiya gəliri isə 657 min manat olub.

 

31 Dekabr 2016-cı il tarixinə “Qala sığorta” 10 milyon 984 min manat cəmi aktivlərə, 3 milyon 94 min manat cəmi öhdəliklərə,  7 milyon 890 min manat cəmi kapitala malik olub. Şirkət 2015-ci ilin sonunda  8 milyon 654 min manat cəmi aktivlərə, 2 milyon 254 min manat cəmi öhdəliklərə, 6 milyon 401 min manat cəmi kapitala malik id.

 

Ötən il “Qala Sığorta”nın nizamnamə kapitalı 6786500 manatdan 8050000 manata qaldırılıb.

 

30 sentyabr 2015-ci il tarixində Azərbaycanın ilk və yeganə təkrarsığorta şirkəti - “AzRe Təkrarsığorta” ASC, “Çartis Azərbaycan” Sığorta Şirkətinin səhmlərinin 100% almışdır və şirkətin adı “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyəti olmuşdur.

30.03.2017 11:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ