Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam_21

“Banklar bir-birlərinə etibar etmirlər”

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Banklar bir-birlərinə etibar etmirlər”
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycanda banklararası pul bazarının aktivləşməsi və genişlənməsi üçün bank sektorunda qarşılıqlı etimad gücləndirilməlidir”.

 

“Marja”nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

 

Elman Rüstəmovun sözlərinə görə, sektorda güvən olmadığı üçün likvidlik çox olan yerdən az olan yerə axmır:

 

“Bu gün biz görürük ki, bir sıra banklarda yüksək likvidlik mövcuddur, bəzi banklarda isə likvidlik yoxdur. Likvidlik çox olan yerdən az olan yerə axmalıdır. Bu gün biz aktiv banklararası bazar görmürük. Çünki onun girov bazası zəifdir. Necə deyərlər, pul vəsaitlərinin donor banklardan ehtiyacı olan digər banklara axınını görmürük.

 

Bank sektorunda həssaslıqlar var. Bu həssaslıqlar aradan qaldırılmalıdır və bank sektorunda qarşılıqlı etimad gücləndirilməlidir. Likvidliyi yüksək olan bir bank likvidliyi aşağı olan bir banka güvənmir. “Təminatsız bazar” deyilən bu bazar bir çox ölkələrdə yüksək inkişaf edib. Çünki olduqca yüksək etibar, sağlam bank sistemi var. Qısamüddətli vəsait lazımdırsa bir bank düşünmədən digər banka təminatsız borc verir”.

 

Mərkəzi Bankın sədri əlavə edib ki, banklararası pul bazarında formalaşan faiz dərəcələri Mərkəzi Bankın hədəflədiyi ən düzgün faiz dərəcələridir. 

05.11.2019 10:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ