Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft Fondu büdcə tapşırığını 12%-ə yaxın kəsirlə icra edib - DOLLAR SATILMIR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu büdcə tapşırığını 12%-ə yaxın kəsirlə icra edib - DOLLAR SATILMIR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Valyuta bazarına müdaxilələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) həyata keçirdiyi valyuta hərracları vasitəsilə olmuş, 2019-cu ilin 9 ayında valyuta hərraclarında 4 milyard 512,85 milyon ABŞ dolları satılmışdır”.

 

"Marja" xəbər verir ki, bu, Hesablama Palatasının 2020-ci il dövlət büdcəsi haqqında Qanun layihəsinə rəyində bildirilir.

 

Bu valyuta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 126,75 milyon ABŞ dolları azdır: “Dövlət büdcəsi gəlirlərinin icrası barədə 9 aylıq məlumatlara əsasən, baxılan dövr ərzində ARDNF transfertlərinin həcmi 88,4% icra edilmiş, 987,2  milyon manat vəsaitin icrası reallaşdırılmamışdır”.

 

Məlumat üçün qeyd edək ki, Mərkəzi Bank cari ilin 9 ayında ARDNF-in transferlərinin nisbətən aşağı səviyyədə icra edilməsi səbəbini bazarda dollar təklifinin ona tələbi üstələməsi və dolların satılmaması ilə izah etmişdir.

 

"Transferlərin nəzərdə tutulduğu həcmdə icrası məqsədilə valyuta hərraclarında bu həcmin reallaşdırılacağı halda, ilin son 3 ayında dövriyyədə gözləniləndən çox manat yarana bilər ki, bu da inflyasiyaya təzyiq deməkdir. Təzyiqin neytrallaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatları keçiriləcəyi təqdirdə isə manatın məzənnəsi möhkəmlənmə təsirləri ilə üzləşə bilər",- Rəydə bildirilir.

 

Dövr ərzində manatın məzənnəsi dəyişməz qalmış və 1 ABŞ dolları 1,70 manata bərabər olmuşdur.

05.11.2019 09:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ